• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Rusiyaya səfərim dönüş nöqtəsi ola bilər” - Rəisi

DÜNYA

19 Yanvar 2022 | 11:18

“Rusiyaya səfərim dönüş nöqtəsi ola bilər” - Rəisi

“Rusiyaya səfərim Tehran və Moskva arasında siyasi və iqtisadi-ticarət münasibətlərində dönüş nöqtəsi ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfərindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Rəisi qeyd edib ki, Moskvaya səfər İranın beynəlxalq diplomatiya səviyyəsini yüksəldə bilər.

O, həmçinin vurğulayıb ki, Rusiya və İran ortaq maraqlara sahibdir, iki ölkənin regionda qarşılıqlı fəaliyyəti təhlükəsizliyi təmin edəcək.

Xatırladaq ki, İbrahim Rəisi bu gün Rusiyaya rəsmi səfər edəcək. İran Prezidenti səfər zamanı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026