• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Blinken Lavrovu  Avropada görüşə dəvət etdi

DÜNYA

18 Fevral 2022 | 01:21 | Müəllif: Qalib İbrahimoğlu

Blinken Lavrovu Avropada görüşə dəvət etdi

ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova gələn həftə Avropada görüşmək təklifi ilə məktub göndərdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının iclasında deyib. 

“Bu gün səhər mən Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub göndərdim və bu böhranı münaqişəsiz həll etmək üçün atacağımız addımları müzakirə etmək üçün son həftələrdə apardığımız danışıqların davamı olaraq gələn həftə Avropada görüşməyi təklif etdim”, - deyə Blinken vurğulayıb (qafqazinfo.az)

O əlavə edib ki, ABŞ Rusiyaya Rusiya-NATO Şurası və ATƏT formatında görüşlər də təklif edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026