• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Əlcəzair İspaniyadakı səfirini geri çağırdı

DÜNYA

19 Mart 2022 | 22:30

Əlcəzair İspaniyadakı səfirini geri çağırdı

Əlcəzair İspaniya hökumətinin Qərbi Sahara məsələsində mövqeyində kəskin dəyişikliyə işarə edən bəyanatlarından sonra Madriddəki səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.

Qeyd edək ki, İspaniyanın Baş naziri Pedro Sançes Mərakeş kralı VI Məhəmmədə məktub göndərib və orada rəsmi Madridin “Mərakeş üçün Sahara probleminin əhəmiyyətini qəbul etdiyini” qeyd edib.

Hökumət başçısı vurğulayıb ki, “İspaniya 2007-ci ildə təqdim edilmiş muxtariyyətlə bağlı Mərakeş təşəbbüsünü (Saxara regionlarının - Red) bu mübahisəli məsələnin həlli üçün ən ciddi, real və etibarlı əsas hesab edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026