• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zelenski üzvlük anketini Aİ-yə təqdim edib

DÜNYA

18 Aprel 2022 | 20:55 | Müəllif: Subhan Mahmudov

Zelenski üzvlük anketini Aİ-yə təqdim edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbəri Matti Maasikasa verib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynada keçirdiyi mətbuat konfransında həmin anketi Zelenskiyə təqdim etmiş və onu bir neçə il ərzində yox, həftələr ərzində doldurmağa kömək edəcəyinə söz vermişdi.

Bu anket Avropa Komissiyasına Aİ Şurasına Ukraynanın quruma daxil olması ilə bağlı danışıqların başlanması istiqamətində müzakirələrə başlamağı tövsiyə etməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026