• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın planları: Müharibə hələ uzun müddət davam edəcək

DÜNYA

18 May 2022 | 17:04 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın planları: Müharibə hələ uzun müddət davam edəcək

“Rusiyanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Donbass separatçılarının liderlərindən Denis Puşilin açıqlama verib ki, Mariupoldakı “Azovstal” zavodunu sökəcəklər. Puşilin şəhərdəki digər müəssisələrin isə bərpa ediləcəyini, dağıdılan binaların yerində yenilərinin tikiləcəyini bildirib. Puşilin Mariupolun bütövlüklə bərpa ediləcəyini vəd edib. Rusiya necə ki, vaxtilə Çeçenistanın şəhər və qəsəbələrini viran etdikdən sonra bərpasını təmin etdi, indi eyni üsulla Ukraynada hərəkət etmək istəyir.

Politoloqa görə, halbuki Çeçenistandan fərqli olaraq Xerson və Donbass Rusiya ərazisi deyil və bu. Kremli narahat etmir: “Kreml işğal altındakı bölgələri Rusiyaya birləşdirdikdən sonra bərpa işlərinə başlayacaq. Puşilin Kremlin təlimatıyla açıqlama verib. Bu o deməkdir ki, birinci mərhələdə Mariupolu Donbass separatçıları idarə edəcəklər, sonrakl mərhələdə isə işğal altındakı ərazilərin Rusiyaya birləşdirilməsi gələcək. Belə olan halda Kremllə Kiyev arasında danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq”.

E.Şahinoğlu bildirib ki, Rusiya rəsmiləri Mariupolda əsir götürdükləri “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təhvil verməyəcəklərini bəyan ediblər: “Halbuki, müharibə dövründə iki ölkə hərbi əsirləri dəyişirdi. Kremlin “Azov” döyüşçülərini öz əsirləri ilə dəyişdirmək istəməməsinin səbəbi bəllidir. “Azov” batalyonu müharibənin ilk günündən qəhrəmancasına savaşdı, Rusiyanın işğalçı ordusunun Ukraynanın içərilərinə doğru irəliləyişini ləngitdi. Ancaq müqavimətin də limiti var, aylarla mühasirə şəraitində aparılan döyüşlər ərzaq və sursat qıtlığına səbəb oldu, digər tərəfdən yaralıların çoxluğu batalyonun təslim olmasına məcburiyyət yaratdı. Onları heç kim qınamır, əksinə əsl qəhrəmanlıq dastanı yaratdılar. Kreml bilir ki, “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təslim etsə, onlar ölkələrində qəhrəman kimi qarşılanacaq və yenidən döyüşə atılacaqlar. Ancaq Rusiya “Azov” döyüşçülərini təhvil vermək istəməsə, Kiyev də əlindəki rusiyalı hərbçiləri Rusiyaya təhvil verməyəcək. Bu, onu göstərir ki, rusiyalı hərbi əsirlərin taleyi Kremli düşündürmür”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026