• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkədə bütün beynəlxalq aviareyslər dayandı

DÜNYA

17 Iyun 2022 | 06:30 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə bütün beynəlxalq aviareyslər dayandı

Tunisin Beynəlxalq Hava Limanında bütün beynəlxalq uçuşlar dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu ölkənin aeroport işçilərinin həmkarlar ittifaqı hökumətin maaşların “dondurulması” addımına cavab olaraq ümumi tətil elan ediblər.

Ağır iqtisadi, o cümlədən maliyyə böhranı ilə üzləşən Tunis hökuməti Beynəlxalq Valyuta Fondundan aldığı dörd milyard dollar həcmində kreditin şərtlərini yerinə yetirmək üçün bir çox sahələrdə çalışanların, o cümlədən aeroport işçilərinin maaşlarını “dondurub”. Buna cavab olaraq, ölkənin xidmət və təmizlik sahələrində də tətillər başlayıb.

Məlumata görə, Tunisin 159 dövlət idarəsi, həmçinin ictimai sektorda çalışan 2 milyona yaxın insan ümumi tətilə qoşulub (aviatravel.az). Ölkənin paytaxtında və regionlarda ictimai nəqliyyatın fəaliyyəti də iflic olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026