• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dodondan ŞOK PROQNOZ: "Ölkəni xaos və çöküş gözləyir"

DÜNYA

16 Iyul 2022 | 19:44 | Müəllif: Subhan Mahmudov

Dodondan ŞOK PROQNOZ: "Ölkəni xaos və çöküş gözləyir"

Moldovanın keçmiş prezidenti İqor Dodon "Rossiya 24" telekanalına müsahibəsində ölkəsinin Avropa Birliyinə üzv olacağı təqdirdə onu nələrin gözlədiyini açıqlayıb.

Bakıvaxtı.az publika.az-a istinadən xəbər verir ki, o, Moldovanın neytral qalmalısının və bütün qonşuları ilə yaxşı münasibətlər saxlamasının vacibliyini vurğulayıb.

"Moldova bir ölkə kimi o halda yaşaya bilər ki, hamı ilə və ilk növbədə Rusiya ilə yaxşı münasibətləri olsun", - Dodon bildirib.

O hesab edir ki, Moldovanın özündə Avropa İttifaqına daxil olmaq məsələsində birlik yoxdur və Pridnestrovie və Qaqauz muxtariyyəti ondan ayrılacaq.

"Təsəvvür edək ki, hələ də Aİ-yə daxil olmaq mümkün olacaq. Pridnestrovie olmadan mütləq olacaq - buna getməyəcək. Mütləq cənubsuz olacaq - Qaqauziya buna razı olmayacaqlarını bildirib. Bizdə tam xaos və bütün ölkədə sabitliyin pozulması olacaq, ərazilərimizin bir hissəsini itirəcəyik", - dodon deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026