ABŞ-ın İllinoys ştatının Qurni şəhərindəki Six Flags Great America əyləncə parkında silah səsi rişdilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerli vaxtla saat 20:00 radələrində baş verib. Hadisə yerinə gələn Gurnee Polis Şöbəsinin əməkdaşları ilk araşdırmalarda şübhəlilərin avtomobillərini əyləncə parkının yaxınlığında saxladıqları, daha sonra isə ətrafa atəş açdıqlarını müəyyən ediblər. Silahlılar daha sonra hadisə yqrindən qaçıblar.
Silahlı insident zamanı ayağından yaralanan 17 və 19 yaşlı iki gəncin həyatı üçün təhlükə olmayıb. Çiynindən yaralanan bir nəfər xəstəxanaya getməkdən imtina edib.
Polisin hadisə ilə bağlı verdiyi açıqlamada hadisənin əvvəlcədən planlaşdırıldığı bildirilir.
Hücumdan sonra park bir neçə saatlıq bağlanıb.
Aytac Aslan
















