• Bakı 29° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Türkiyə-Azərbaycan münasibətindən narahat olanlar var - Altun

DÜNYA

14 Sentyabr 2022 | 12:08

Türkiyə-Azərbaycan münasibətindən narahat olanlar var - Altun

“Bəziləri Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsindən narahatdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə onun Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasiminə ünvanladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, “Türkiyə müstəqil siyasət yürüdərək beynəlxalq arenada söz sahibi olan ölkəyə çevirilib: "Bu gün dünya ciddi humanitar böhranla üzləşib. Türkiyə məsum insanlara qapılarını açıb. Pandemiya başlayan zaman bəzi ölkələrin digər ölkələrə qoruyucu vasitələrin aparılmasına əl qoyduğunu xatırlayın. Bəziləri Azərbaycanla əlaqələrimizin güclənməsindən də narahatdır. Bunlar istəyirlər ki, kim nə deyirsə, verək və qurtaraq. Biz hər zaman hüquq və ədalətin tərəfdarıyıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026