• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Düşmənə casusluq edən şəxslər saxlanıldı

DÜNYA

14 Sentyabr 2022 | 11:40

Düşmənə casusluq edən şəxslər saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Vladivostokda Ukraynanın hərbi kəşfiyyatı üçün informasiya toplamaqda şübhəli bilinən rusiyalını saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı sentyabrın 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqə Mərkəzindən TASS-a bildirib.

“Federal Təhlükəsizlik Xidməti Primorsk diyarında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin maraqları naminə casusluq şəklində dövlətə xəyanət etməkdə şübhəli bilinən Vladivostok sakininin fəaliyyətini qarısı alınıb”, - FTX bildirib.

Məlumata görə, Vladivostok sakini Ukrayna hərbi kəşfiyyatının göstərişi əsasında fəaliyyət göstərərk regionun hərbi infrastruktur obyektləri haqqında məlumatları toplayıb, ötürüb.

FTX-nin İstintaq bölməsi saxlanılan şəxsə qarşı “dövlətə xəyanət” maddəsi üzrə cinayət işi başlayıb. Həmin şəxsə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026