• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Ermənistanda partlayış - Ölənlərin sayı artır  - YENİLƏNİB - VİDEO

DÜNYA

15 Avqust 2022 | 14:31

Ermənistanda partlayış - Ölənlərin sayı artır  - YENİLƏNİB - VİDEO

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 7-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə  erməni  KİV-ləri məlumat yayıb

***

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

O, 18 nəfərin taleyi barədə məlumat olmadığını, xəstəxanalarda 23 nəfərin müalicə aldığını bildirib.

***

08:32

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan “Facebook” səhifəsində məlumat verib.

Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.

Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.

***
Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 61 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, üç nəfər ölüb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır.

Partlayış zamanı bazarda olan yaxınları ilə əlaqə saxlaya bilmədiklərindən 20 nəfər Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

***

22:41

Surmalu” Ticarət Mərkəzində dağıntıları altında daha bir nəfərin meyiti tapılıb, ölənlərin sayı 3 nəfərə çatıb. 

Bakıvaxtı.az bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, ölən qadındır. 

Xatırladaq ki, bu gün saat 13:23-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə “Surmalu” Ticarət Mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub. İlkin məlumatlara görə, 60-dan çox insan xəsarət alıb.


***20:01

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.

***

17:56

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.

***

16:14

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.

***

14:51

İrəvandakı partlayışın təfərrüatları məlum olub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib, bundan sonra yanğın başlayıb. Yanğın 3-cü kateqoriyaya aid edilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ölənlər var. Təcili yardım xidmətinin rəhbəri yeddi zərərçəkənin xəstəxanalara çatdırıldığını deyib.

***

14:24

Ermənistanda partlayış olub.

Bu barədə Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.(report)

Ərazini tüstü bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.  


SON XƏBƏRLƏR

27 Mart 2024