• Bakı 17° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bayden: "İran Yaxın Şərqdə sabitliyi pozur"

DÜNYA

16 Iyul 2022 | 19:25 | Müəllif: Subhan Mahmudov

Bayden: "İran Yaxın Şərqdə sabitliyi pozur"

"İran Yaxın Şərq regionunda qeyri-sabitliyə səbəb olur və biz buna imkan verməyəcəyik".

Bakıvaxtı.az APA-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bu gün Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı deyib.

"Biz istəyirik ki, İran region ölkələri ilə əməkdaşlıq etsin, beynəlxalq hüququn prinsiplərinə əməl etsin və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq etsin" - deyə o, əlavə edib.

Bayden bildirib ki, ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

"ABŞ İranın nüvə proqramına təzyiq göstərmək üçün diplomatik səylərini davam etdirir və biz rəsmi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışırıq" - Ağ ev rəhbəri vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026