• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rus deputatdan əsir İngilis əsgərləri haqda QAN DONDURAN AÇIQLAMA

DÜNYA

17 Iyun 2022 | 16:56

Rus deputatdan əsir İngilis əsgərləri haqda QAN DONDURAN AÇIQLAMA

Rusiyalı deputat Aleksey Juravlyov edama məhkum edilən iki ingilis əsgəri ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Dövlət Kanalı "Rossiya 1"də canlı çıxış edən Juravlyov Aiden Aslin və Şaun Pinnerin Britaniya silahları və ingilis güllələri ilə öldürüləcəyini açıqlayıb:

"Mən DXR-in beynəlxalq öhdəliklərini yerinə yetirməsini bəyənirəm. Mənə dedilər ki, əsgərləri öldürən güllələr pul müqabilində ailələrinə, yaxınlarına göndəriləcək. Ödənişlər funt-sterlinqlə deyil, rublla həyata keçiriləcək”.

Rusiyalı deputatın sözləri studiyada qısa şok yaradandan sonra verilişin aparıcısı Yevgeni Popov Juravlyovun zarafat etdiyini deyib.

Lakin deputat qətiyyətlə cavab verib: 

"Niyə zarafat etməliyəm. Zarafat yoxdur. Mən onların etdiklərini öz gözlərimlə gördüm. Ona görə də onlara rəhm etmirəm. Biz danışıqsız onları məhv etməliyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR