• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sərnişin avtobusu dərəyə AŞDI - 30 nəfər... (YENİLƏNİB)

DÜNYA

17 Iyul 2022 | 11:50

Sərnişin avtobusu dərəyə AŞDI - 30 nəfər... (YENİLƏNİB)

Türkiyənin Kayseri vilayətində turistlərin olduğu avtobusun aşması nəticəsində 30 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Sarıoğlan rayonunun İlıca məhəlləsində baş verib. Avtobus Qara dəniz turundan Mersinə qayıdırmış. Avtobus əvvəlcə yolun kənarında maneələrə çırpılıb, daha sonra isə yana çevrilib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün yuxulaması olub.

Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

*** 09:15

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bakıvaxtı.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, avtobus dərəyə aşıb.

Qəza nəticəsində çoxlu sayda sərnişin yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026