• Bakı 16° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatdı

DÜNYA

16 Avqust 2022 | 10:12

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatdı

Ermənistanın paytaxtı İrəvandakı “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Avqustun 14-də günorta İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.

Hadisə pirotexnik məhsulların mağazasında baş verib.

 


SON XƏBƏRLƏR