Dollar milyonçularının əksəriyyəti Nyu-York, Tokio və San-Fransiskoda yaşayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Henley & Partners" konsaltinq şirkətinin analitikləri məlumat yayıb.
Dünyanın ən varlı sakinlərinin olduğu şəhərlərin adlarını açıqlayan şirkət retinqdə olan ilk beşliyə daxil olan şəhərləri təqdim edib. Belə ki, ilk beşliyə Nyu York, Tokio, San-Fransisko, London və Sinqapur daxil olub. Ən çox milyonçusu olan şəhərlər arasında Sidney, Honq-Konq, Frankfurt, Toronto, Sürix, Seul, Melburn, Dallas, Fort-Uort, Cenevrə və Paris də yer alıb.
Qeyd edək ki, reytinq özəl kapitalın beynəlxalq miqrasiyası tendensiyalarını izləyən "New World Wealth"in məlumatlarına əsaslanır. (publika.az)
















