• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Peqova qarşı cinayət işi açıla bilər

DÜNYA

14 Oktyabr 2022 | 20:34 | Müəllif: Subhan Mahmudov

Peqova qarşı cinayət işi açıla bilər

Rusiyanın doqquz  hərbi müxbiri və onların layihələri ölkənin Silahlı Qüvvələri barədə yalan məlumatlar yaydıqları üçün məsuliyyətə cəlb oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, İqor Strelkov, Semyon Pegov (WarQonzo), Yuri Podolyaka, Vladlen Tatarski, Sergey Mardan, İqor Dimitriev, “GreyZone” və “Rybar” layihələrinin müəllifləri, eləcə də Kristina Potupçikin fəaliyyətləri hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Müstəndiqlər onların “Telegram” kanallarındakı məzmunu təhlil edir, oarada saxta, böhtan xarakterli və digər qadağan olunmuş məlumatlar axtarırlar.

Bildirilir ki, “Roskomnadzor”a yuxarıdakı müəlliflərin işinin yoxlanılması tələbi ilə bağlı göztərişi Baş Qərargah rəisi şəxsən imzalayıb. Baş Prokurorluqda isə iş federal təhlükəsizlik, terrorizm, ekstremizm və millətlərarası münasibətlər haqqında qanunun icrasına nəzarət idarəsinin rəisi tərəfindən aparılır.

Yoxlamanın nə qədər davam edəcəyi hələlik məlum deyil. Amma cinayət tərkibi aşkar edilərsə hərbi müxbirlər ya cərimə ilə yaxa qurtaracaqlar, ya da üç ilə qədər həbs cəzası alacaqlar.(oxu.az)

Qeyd olunur ki, yoxlanışa səbəb onların Ukrayna müharibəsi barədə tənqidi fikirlər səsləndirmələridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026