• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

BƏƏ-nin xarici işlər naziri ilk dəfə İsrailə rəsmi səfərə gəlib

DÜNYA

15 Sentyabr 2022 | 00:33 | Müəllif: Subhan Mahmudov

BƏƏ-nin xarici işlər naziri ilk dəfə İsrailə rəsmi səfərə gəlib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan çərşənbə günü İsrailə səfər edib.

Bakıvaxtı.az-ın məlumata görə, BƏƏ Xarici İşlər Nazirliyinin rəhbəri Təl-Əvivə ilk rəsmi səfərə gəlib.

Nazirin səfər proqramına İsrailin baş naziri Yair Lapidlə danışıqlar daxildir. Bu görüş cümə axşamına təyin edilib.

Qeyd edək ki, əl Nəhyan artıq mart ayında BƏƏ, İsrail, Bəhreyn, Mərakeş, Misir və ABŞ-ın xarici işlər nazirləri arasında çoxtərəfli görüşdə iştirak edərkən İsraildə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026