• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Rusiyanın iki məntəqəsi VURULDU

DÜNYA

16 Avqust 2022 | 09:21

Rusiyanın iki məntəqəsi VURULDU

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ölkənin cənubunda Rusiya ordusunun iki dayaq məntəqəsini və silahlarının cəmləşdiyi iki ərazini məhv ediblər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığının "Facebook" hesabında məlumat yayılıb.

Qeyd olunur ki, Cənub Buq istiqamətində vəziyyət çətin olsa da nəzarət altındadır.

O cümlədən, Rusiya ordusunun tərkibində və mövqeyində ciddi dəyişikliklər baş verməyib.

"Quruda uğur qazana bilməyən Rusiya bölmələrimizin mövqelərinə qarşı aviasiyadan istifadə etməyə davam edib. Lakin 14 hava hücumu uğursuz alınıb", - deyə məlumatda bildirilir.

Eyni zamanda, Ukrayna aviasiyası Novopetrovka və Maksimovka rayonlarında iki dayaq məntəqəsini və Rusiya ordusunun silah və texnikasının cəmləşdiyi iki ərazini vurub.


SON XƏBƏRLƏR

18 Aprel 2024