• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə F-16 üçün ABŞ-a məktub göndərəcək

DÜNYA

18 Aprel 2022 | 21:30 | Müəllif: Subhan Mahmudov

Türkiyə F-16 üçün ABŞ-a məktub göndərəcək

Türkiyə Milli Müdafiə Nazirliyi (Amerika Birləşmiş Ştatları tərəfinə - red.) 40 yeni F-16-nın alınması və eyni zamanda mövcud olanların modernizasiyası üçün sorğu məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu çərçivədə Türkiyənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün daha geniş tələb məktubu göndəriləcək.

“NATO müttəfiqləri arasında təhlükəsizlik ehtiyaclarını məhdudlaşdıran embarqoların olması ağlabatan deyil…Əgər (NATO çərçivəsində - red.) həmrəylik əvəzinə terror təşkilatlarını bir-birinə qarşı istifadə etmək və ya dəstəklək varsa, bunlar sağlam mexanizmlər deyil. Əgər bir NATO müttəfiqi təhlükəsiz deyilsə, heç bir NATO müttəfiqi təhlükəsiz deyil”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026