• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Gürcüstan yeni virusla mübarizəyə hazırlaşır

DÜNYA

18 May 2022 | 21:26 | Müəllif: Subhan Mahmudov

Gürcüstan yeni virusla mübarizəyə hazırlaşır

"Bu gün Gürcüstanda uşaqlarda atipik hepatitlə qarşılaşırıq. Buna adenovirusun səbəb olduğu deyilir. Lakin bu, nə "A", nə hepatit B, nə də "Delta" deyil. Digər genezis, inkişafının çətin olduğu hallar da var. Bu tip hepatitlərin monitorinqi aparılır".

Bakıvaxtı.az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.

Mərkəz rəhbəri deyib: "Bu gün uşaqlarda atipik hepatitlə qarşılaşırıq. Amma narahatlığa əsas yoxdur. İnsanları qorxutmaq lazım deyil".

A.Qamğrelidze bildirib ki, hepatitlə bağlı klinikalara məlumat və tövsiyə məktubları göndərilib və vəziyyət nəzarət altındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026