• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hindistanda 25 mindən çox ev quşu kəsiləcək - SƏBƏB

DÜNYA

18 Fevral 2022 | 09:01 | Müəllif: Qalib İbrahimoğlu

Hindistanda 25 mindən çox ev quşu kəsiləcək - SƏBƏB

Hindistanın Maharaştra ştatında yüksək patogenli H5N1 quş qripi virusunun epidemiyası qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "NDTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Şahapur dairəsindəki fermada infeksiyanın yayılmasının qarşısını almaq üçün yaxın günlərdə 25 mindən çox ev quşu kəsiləcək.

Bu, Hindistanda bu ildə qeydə alınan ilk quş qripi epidemiyası deyil. Ötən gün Bihar ştatının hakimiyyəti H5N1 virusundan Patna şəhəri yaxınlığındakı fermada təxminən 4 000 quşdan 787-ni öldüyünü, qalan quşların kəsildiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026