Rusiya ordusu Xarkov şəhərini növbəti dəfə atəşə tutub.
Bakıvaxtı.az xəbər verir ki, nəticədə Şimali Saltovka və Böyük Danilovkada yanğınlar baş verib.
Yerli sakinlər həmçinin yaşayış evlərinə də mərmilərin düşdüyünü qeyd edir.
Xarkov Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, hadisə nəticəsində ölən və yaralılar var (oxu.az). Ölənlər arasında azyaşlının da olduğu qeyd edilir.
















