• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu şəhərdə bazar günləri işləmək qadağan edilib

DÜNYA

18 Aprel 2022 | 23:22 | Müəllif: Subhan Mahmudov

Bu şəhərdə bazar günləri işləmək qadağan edilib

Bosniya və Herseqovinanın Mostar şəhərində bazar günləri işləmək rəsmi olaraq qadağan edilib. Beləliklə də Mostar bazar günləri işləməyin qadağan edildiyi Bosniya və Herseqovinanın ilk böyük şəhəri olub.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, Mostar Bələdiyyəsi qadağaya əməl etməyən obyekt və mağazaların 1500 avroyadək cərimə olunacağını açıqlayıb.

Bələdiyyə sədri Mario Kordiç qadağanın məqsədinin şəhərdəki hər kəsin bazar günlərini ailələri ilə birgə keçirməsinə şərait yaratmaq olduğunu bildirib.

Qeyd edək ki, Mostar Bosniya və Herseqovina ərazisində sahəsinə görə beşinci ən böyük şəhərdir. Şəhər öz adını Neretva çayı üzərində olan "Mostar körpüsü"ndən götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026