• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tacikistanda vəziyyətdən narahatıq - Rusiya

DÜNYA

18 May 2022 | 22:29 | Müəllif: Subhan Mahmudov

Tacikistanda vəziyyətdən narahatıq - Rusiya

Moskva Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində vəziyyətin gərginləşməsindən narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz Tacikistanın rəsmi hakimiyyət orqanlarının respublikanın Dağlıq Bədəxşan Muxtar Vilayətində cinayətkar ünsürlərin və onlara qoşulmuş ekstremistlərin təxribatına səbəb olan gərginliyin artması barədə məlumatı narahatlıqla qəbul etdik.

İlkin məlumata görə, ölənlər arasında Rusiya Federasiyası vətəndaşları yoxdur. Tacikistan hakimiyyəti vəziyyəti sabitləşdirmək və hadisə yerində ola biləcək Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyini vəd edir”, - Zaxarova söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026