Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayətinin Ruşan şəhərində iğtişaşlar baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iğtişaşlar nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb, 70-dən çox etirazçı saxlanılıb. İğtişaşlarda ölənlərdən biri zabitdir.
Bildirilib ki, iğtişaşçılar Düşənbə-Xaroq yolunu bağlayaraq tələblərini irəli sürüblər.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. Vilayətdə vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, Dağ Bədəxşan Muxtar Vilayəti Əfqanıstanla həmsərhəddir.
















