• Bakı 17° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Prezident hökuməti istefaya göndərdi

DÜNYA

20 Mart 2022 | 01:50 | Müəllif: Qalib İbrahimoğlu

Prezident hökuməti istefaya göndərdi

Türkmənistan hökuməti istefaya göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident Serdar Berdiməhəmmədov sərəncam imzalayıb.

Məlumata görə, hökumət üzvləri yeni kabinet formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Qeyd edək ki, Sərdar Berdimuhəmmədov martın 12-də keçirilən seçkilərdə 72,97% səslə qalib gəlib.

Yeni seçilmiş prezidentin andiçmə mərasimi martın 19-da Aşqabadda baş tutub. Serdar Berdiməhəmmədov ölkənin bütün dünya dövlətləri ilə mehriban qonşuluq, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanacaq neytrallıq siyasətini davam etdirəcəyinə söz verib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR