• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Daha bir ölkə maska qadağasını LƏĞV ETDİ

DÜNYA

20 Mart 2022 | 01:24 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkə maska qadağasını LƏĞV ETDİ

Tacikistanda COVID-19-la bağlı məhdudiyyətlər ləğv edilib.

Bakıvaxtı.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyinin İnformasiya Departamentindən bildirilib.

Məlumata görə, ölkədə epidemioloji vəziyyətin normallaşması nəzərə alınmaqla, ölkəyə giriş və qalma zamanı əvvəllər qüvvədə olan məhdudiyyətlər qaldırılır, ictimai yerlərdə maska ​​taxmaqla bağlı məcburi rejim ləğv edilir.

Bundan başqa, Tacikistanın Özbəkistanla dövlət sərhədinin buraxılış məntəqələrinin işi adi iş rejiminə keçir.

MDB üzvü olan ölkələrin tibb müəssisələri tərəfindən verilmiş COVID-19-a qarşı tam peyvənd sertifikatları tanınır.

"Tacikistanın dövlət sərhədinin buraxılış məntəqələrini keçən xarici vətəndaşlar 72 saatdan gec olmamaqla mənfi nəticəli koronavirus testi təqdim edərlərsə, onlardan təkrar test tələb olunmur", - deyə XİN-in İnformasiya Departamentindən bildirilib..

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR