• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bu ölkə də COVID-19 testi tələb etməyəcək

DÜNYA

18 Fevral 2022 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkə də COVID-19 testi tələb etməyəcək

Qazaxstanda COVID-19-la bağlı karantin tədbirləri yüngülləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, koronavirus infeksiyasının Yayılmasının Qarşısının alınması üzrə İdarələrarası Komissiya müəssisələr və əhali üçün məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasını təsdiqləyib.

Koronavirus infeksiyası əleyhinə peyvəndin tam kursu və ya revaksinasiyanı keçən, son yoluxma inyeksiya anından 6 ay müddətindən çox keçməyən Qazaxıstan vətəndaşları üçün ölkəyə daxil olarkən məcburi COVID-19 testi tələbi ləğv edilib. Peyvənd pasportlarının qarşılıqlı tanındığı dövlətlərin vətəndaşlarına COVID-19 testi olmadan Qazaxıstana giriş icazəsi verilir.

Bundan başqa, xəstəlik əlamətləri olmadıqda təmasda olanlar üçün evdə karantin şərti də ləğv edilir. Üzgüçülük hovuzları, oyun və gecə klubları, karaoke, sərgilər işinin davam etdirə bilər. Marafon, idman, anım günləri, banket və digər ailə tədbirlərinin, konfransların, forumların, kollektiv ibadət mərasimlərinin və s. keçirilməsinə icazə verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR