Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.
Onun sözlərinə görə, Türkiyə fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacaq.
İ.Kalın deyib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir (report). Dediyinə görə, Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini problemləri həll etmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib.
"Türkiyə Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də bir NATO müttəfiqi olaraq edirik”, - deyə Türkiyə Prezidentinin sözçüsü qeyd edib.



jpg-1645168844.webp)












