• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Avropada 4-cü doza kimlərə tövsiyə edilir?

DÜNYA

19 Yanvar 2022 | 11:16 | Müəllif: Qalib İbrahimoğlu

Avropada 4-cü doza kimlərə tövsiyə edilir?

Avropada peyvəndin 4-cü dozasının istifadəsinin kimlərə tövsiyə olunduğu açıqlanıb.

Bakıvaxtı.az bildirir ki, Avropa Dərman Agentliyi (EMA) immuniteti zəif olan insanlarda gücləndirici peyvənd üçün COVID-19 peyvəndinin dördüncü dozasının istifadəsinə icazə verib.

EMA-nın Sağlamlığa Təhdidlər və Peyvənd Strategiyası Departamentinin rəhbəri Marko Kavaleri bildirib ki, bununla belə, 4 -cü doza bütün qrup insanlar üçün hələ tövsiyə edilmir.

Onun sözlərinə görə, hələlik koronavirus peyvəndinin dördüncü dozasına ehtiyacla bağlı heç bir klinik məlumat və təcrübə yoxdur: "Lakin ciddi immun çatışmazlığı olan insanlar üçün, kifayət qədər məlumat olmasa da, dördüncü dozadan istifadə etməyi düşünmək rasional olardı".

Kavaleri onu da deyib ki, EMA qısa fasilələrlə gücləndirici dozaların təkrarlanmasına qarşıdır: "Çünki bu, bədəndəki anticismlərin miqdarını və peyvəndin effektivliyini azalda bilər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026