• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ərdoğan nazirləri TOPLADI

DÜNYA

20 Dekabr 2021 | 19:03 | Müəllif: Subhan Mahmudov

Ərdoğan nazirləri TOPLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanıb.

Bakıvaxtı.az  TRT-yə istinadən xəbər verir ki, iclasın əsas gündəliyi iqtisadiyyat olacaq. Məzənnədəki dalğalanmanın bazara əks olunması müzakirə olunacaq. 2022-ci ildə dövlət işçilərinin və təqaüdçülərin maaşlarının tənzimlənməsi ilə bağlı qiymətləndirmə aparılacaq.

İclasda xarici siyasətdəki digər isti hadisələr də müzakirə olunacaq. Nazirlər Kabinetinin iclasının digər mühüm gündəm maddəsi terrorla mübarizə olacaq. Koronavirusla mübarizədə son vəziyyət də dəyərləndiriləcək.

Prezident Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra “Millətə müraciət” çıxışı edəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026