• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü

DÜNYA

19 Yanvar 2022 | 18:54

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında ənənəvi görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüş zamanı MDB çərçivəsində 2021-ci ildəki çoxşaxəli əməkdaşlıqla bağlı yekunlar müzakirə edilib, gələcəklə bağlı MDB-də xarici siyasətin daha çox əlaqələndirilməsini əsas götürən başlıca vəzifələr müəyyənləşdirilib.

Görüşdə, həmçinin əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026