Əfqanıstanın Zabul vilayətində 5 yaşlı uşaq quyuya düşüb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 3 gün quyuda qalan oğlan bu gün dünyasını dəyişib.
Qeyd olunur ki, Zabul vilayətinin Cəldek şəhəri yaxınlığında 5 yaşlı Heydər adlı uşaq 25 metrlik quyuya düşüb. Ailəsi və ətrafındakılar uşağı xilas etmək üçün səfərbər olublar.
Xilasedicilər uşaqla əlaqə saxlamağa çalışsalar da, avadanlıqlar yetərli olmayıb. Taliban rəsmiləri uşağın öldüyünü açıqlayıb.
Aytac Aslan















