• Bakı 27° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək

DÜNYA

20 Dekabr 2021 | 14:44

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək

Bəzi şirkətlərin İstanbul-Yerevan marşrutu ilə uçuşlarla bağlı müraciətləri olub, hazırda bu müraciətlərə baxılır, yaxın günlərdə uçuşlar başlayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu malayziyalı həmkarı Seyfəddin Abdulla ilə mətbuat konfransı zamanı deyib.

"Regionun sabitliyi və təhlükəsizliyi üçün addımlar atılır. Ermənistanla atılan addımlar məhz bu istiqamətdədir. Artıq qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin olunub, tezliklə onların görüşü nəzərdə tutulub", - deyə M.Çavuşoğlu deyib.

O əlavə edib ki, atılan bütün addımların hər biri Azərbaycanla müzakirə olunur.

"Bundan sonra da velə olacaq. Bizim arzumuz Cənubi Qafqazfa sabitlik və sülhün bərqərar olmasıdır", - nazir deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026