• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Bu sahədə çalışanların pensiyaya çıxma yaşı ARTIRILIR

CƏMİYYƏT

18 Iyun 2025 | 18:18

Bu sahədə çalışanların pensiyaya çıxma yaşı ARTIRILIR

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununa dəyişiklik təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Bildirilib ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər idi.


SON XƏBƏRLƏR