• Bakı C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0184

Bu tarixdə hansı müəllimlərin sertifikasiyaya cəlb olunacağı açıqlanacaq

CƏMİYYƏT

28 Noyabr 2023 | 11:32

Bu tarixdə hansı müəllimlərin sertifikasiyaya cəlb olunacağı açıqlanacaq

“Təkrar sertifikasiyadan kəsilən 743 şəxslə əlaqəli yaradılan komissiya tərəfindən hər biri ilə əlaqə saxlanılıb və onlara təkliflər verilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, həssas qrupdan olan və iş üçün müraciət edən 130 nəfər təhsil müəssisələrində müxtəlif işlərlə təmin olunub:

 “Bu işlər yardımçı vəzifələrdir. Məktəbdaxili şagirdlərin təhlükəsizlik məsələsi, eləcə də sosial baxımdan inkişaf üzrə olan istiqamətlər bura aiddir”.

Eşqi Bağırov qeyd edib ki, bu ilin sertifikasiya imtahanlarının fənlər üzrə təhlilləri tamamlanıb:

“Dekabrın ilk ongünlüyündə növbəti il üçün hansı fənn müəllimlərinin sertifikasiya imtahanına cəlbi məsələsi açıqlanacaq”.


SON XƏBƏRLƏR

27 Fevral 2024