• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Evdən çıxarkən ehtiyat tədbirlərinizi görün - ETSN

CƏMİYYƏT

28 Dekabr 2023 | 10:46

Evdən çıxarkən ehtiyat tədbirlərinizi görün - ETSN

"Sinoptiklər Bakı və Abşeron yarımadasında gecə saatlarından başlanan küləyin sürətinin daha da artacağını proqnozlaşdırır. İndiki saatlarda da  güclü külək əsdiyindən vətəndaşlardan xahiş edirik ki, evdən çıxarkən ehtiyat tədbirlərini unutmasınlar".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. 

"Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, gün ərzində küləyin sürəti saniyədə 33-38 metr arasında dəyişəcək. Bizim dəyişməz tövsiyəmiz isə odur ki, əhali ehtiyatlı olsun. Tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir.

Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir. 

Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026