• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həmid Herisci xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır

CƏMİYYƏT

26 Yanvar 2024 | 22:50 | Müəllif: Subhan Mahmudov

Həmid Herisci xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır

Yazıçı-jurnalist Həmid Herisçi xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist İlhamiyyə Rza bildirib.

O, Həmid Heriscinin qızılcaya yoluxduğunu bildirib:

“Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”.

TƏBİB-dən verilən məlumata görə, H.Heriscinin vəziyyəti ağır qiymətləndirilir: 

"1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisci təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026