• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?

CƏMİYYƏT

28 Dekabr 2023 | 10:39

Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?

31 dekabr - 6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf

https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf

https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026