• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu yağlar sağalmaz xəstəliklərə səbəb ola bilər - DİQQƏT

CƏMİYYƏT

29 Oktyabr 2022 | 02:16 | Müəllif: Qalib İbrahimoğlu

Bu yağlar sağalmaz xəstəliklərə səbəb ola bilər - DİQQƏT

Duru yağlardan təkrar istifadə etmək orqanizmdə sağalmaz xəstəliklərə səbəb ola bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssislər bildirilər ki, buna səbəb təkrar istehlak zamanı yağların tərkibində təhlükəli birləşmələrin əmələ gəlməsidir.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova deyib ki, yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı onların fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. Xüsusən açıq hava şəraitində bir sıra kimyəvi reaksiyalar nəticəsində yağlar degenerasiya olunur.

"Yağların təkrar istifadəsi təkcə onlarda hazırlanan qidalardan istifadə edənlərin deyil, eləcə də onları hazırlayanların sağlamlığına da mənfi təsir göstərir.

Həmin yağlarda qızardılmış nişastalı qidaların üst hissəsində zəhərli aldehidlər yaranır və onlar gözün və tənəffüs yollarının selikli qişasına güclü qıcıqlandırıcı təsir edir”.

Həkim-terapevt Sübhan Hacıyev isə deyib ki, yağlardan təkrar istifadə artıq çəki ilə yanaşı ölüm riskini artıran xəstəliklərə də səbəb ola bilər: “Təkrar istifadə olunmuş duru yağlar dəfələrlə emal olunduqda onların istilikdə öz tərkiblərini zədələdikləri üçün kanserogen maddələr artır. Bu, daha çox orqanizmdə mədə-bağırsaq xərçəngi, ürək-damar xəstəlikləri və bunun nəticəsində miokard infarktı, beyin infarktı və insultlar kimi xəstəliklərin yaranmasına səbəb olur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026