• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cahangir Ağarəhimov ilin məşqçisi adına layiq görüldü
 

İDMAN

27 Yanvar 2024 | 14:47

Cahangir Ağarəhimov ilin məşqçisi adına layiq görüldü

Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.

Bakıvaxtı.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, əməkdar məşqçi 2023-cü ilin ən yaxşı mütəxəssislərinin siyahısında göstərilib.

Qeyd edək ki, C.Ağarəhimov beynəlxalq qrossmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026