ABŞ-nin “Inter Miami” komandası MLS-dəki ikinci matçında “Los Angeles Galaxy” ilə üz-üzə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Belə ki, Messi 90+2-ci dəqiqədə bərabərlik qoluna imza atıb.
Xallarının sayını 4-ə çatdıran “Inter Miami” hələlik Şərq Konfrasında liderdir. Bu görüş “Los Angeles Galaxy”nin çempionatdakı ilk oyunu olub.
















