• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Messinin transfer qiyməti ucuzlaşdı

İDMAN

26 Mart 2024 | 21:01 | Müəllif: Subhan Mahmudov

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb.

Dəyərin azalmasına baxmayaraq, "İnter Mayami"də oynayan Messi Amerika Liqası MLS-də ən bahalı oyunçu olaraq qalır. MLS-in ən bahalı futbolçuları siyahısında ikinci yeri Messinin həmyerlisi, "Atlanta Yunayted"də çıxış edən Tiaqo Almada (27 milyon avro) tutur.

Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. "İnter Mayami"də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. MLS-in yeni mövsümündə argentinalı üç oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026