• Bakı 16° C

    3.34 m/s

PSJ-da Mbappe fırtınası - daha bir rekord 

İDMAN

25 Aprel 2024 | 12:23

PSJ-da Mbappe fırtınası - daha bir rekord

PSJ-nin 25 yaşlı hücumçusu Kilian Mbappe rekordlarını qırmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, 25 yaşlı ulduz dünən gecə PSJ - “Lorient” matçında da fərqlənməyi bacarıb.

Belə ki, PSJ-nın 4-1 hesabıyla qazandığı matçda fransız futbolçu 2 dəfə fərqlənib. O, aktivinə bir məhsuldar ötürmə də yazdıraraq günün qəhrəmanına çevrilib.

Bununla da Mbappe bu mövsüm 43-cü qoluna imza ataraq karyerasındakı rekordunu yeniləyib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026