• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Qadın güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİB

İDMAN

24 May 2024 | 19:08

Qadın güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, idmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı gümüş medalla başa vurub.

XXX

18:36

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki,  idmançımız həlledici görüşdə Ukrayna təmsilçisi Liliya Malançuka məğlub olaraq fəxri kürüsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) finalda Elvira Kamaloğlu (Türkiyə), Mərziyə Sadıqova isə bürünc medal uğrunda mübarizədə (72 kq) Bukrenaz Sərtlə (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.


SON XƏBƏRLƏR

16 Iyun 2024