• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi - VİDEO

İDMAN

25 Aprel 2024 | 17:05

PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi - VİDEO

İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda qurumun İcraiyyə Komitəsinin və "Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib.

Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb. O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə “Qarabağ” (Azərbaycan), “İnter” (İtaliya), “Bayer” (Almaniya) və “Ferensvaroş”u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib.

Qeyd edək ki, iclasda “Qarabağ”ı təmsil edən klubun İdarə Heyətinin üzvü Asif Əsgərov həm də UEFA-da Komitə üzvüdür.


SON XƏBƏRLƏR

04 May 2024