• Bakı 20° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

“Ançelotti bizi aldatdı” - Toni Kroos

İDMAN

25 Aprel 2024 | 12:44

“Ançelotti bizi aldatdı” - Toni Kroos

Alman yarımmüdafiəçi Toni Kroos “Real”ın baş məşqçisi Karlo Ançelottinin oyunçuları necə motivasiya etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu çalışdırıcının oyunçuları La Liqanı qazanmağa yönəltmək üçün yalan danışdığını deyib.

O, bildirib ki, Karlo Ançelotti “Malyorka” ilə oyundan əvvəl bu sözləri deyib: “Bu oyunda qalib gəlsək, işimizi bitirəcəyik”. 

Alman futbolçu qeyd edir ki, mütəxəssis əslində yalan danışıb: “Qalib gəlmək çətin olduğu üçün, K. Ançelotti bizə yalan dedi. Oyun bitdikdən sonra bizə  bunun yalan olduğunu və motivasiya üçün dediyini açıqladı”.


SON XƏBƏRLƏR