• Bakı 21° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

“Prezident Kuboku 2024”də Azərbaycanı 80-dək idmançı təmsil edəcək

İDMAN

25 Aprel 2024 | 11:34

“Prezident Kuboku 2024”də Azərbaycanı 80-dək idmançı təmsil edəcək

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanın 80-dək avarçəkəni mübarizə aparacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov məlumat verib.

AKAF rəsmisi bunun ötən illərlə müqayisədə iki dəfə çox olduğunu bildirib: "Bu da onu göstərir ki, federasiyanın son dönəmlərdə gördüyü piar işləri nəticə verib. Bu baxımdan medal sayının əvvəlki yarışlarla müqayisədə çox olacağını gözləyirik. Biz təşkilatçı ölkəyik. Daha geniş heyətlə turnirə qatılmağımız gözlənilən idi. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Türkiyə kimi komandalar da geniş heyətlə yarışda yer alacaqlar".

V.Qurbanov turnirə hazırlıqların son mərhələsində olduqlarını diqqətə çatdırıb: "Reqataya 20-dən çox ölkədən 30-dək komandanın qatılacağı təsdiqlənib. İdmançı sayı da ötən illərlə müqayisədə artıb. Turnirdə 200-ə yaxın atlet mübarizə aparacaq".

Qeyd edək ki, “Prezident Kuboku 2024” beynəlxalq reqatası aprelin 30-dan mayın 3-dək keçiriləcək. Yarış Suqovuşan və Mingəçevirdə təşkil ediləcək.


SON XƏBƏRLƏR

27 May 2024