• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millimiz Ukraynaya uduzdu - YENİLƏNİB

İDMAN

26 Mart 2024 | 18:56 | Müəllif: Subhan Mahmudov

Millimiz Ukraynaya uduzdu - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

“Azərsun Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 0:3. Qolları Aleksandr Yatsık (25`), Oleq Oçeretko (40`), Valentin Rubçinskiy (56`) vurublar.

Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.

U-21 yığmamız martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

09:12

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna kollektivi ilə üz-üzə gələcək.

“Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026